Brazilyalı ulduz türk klubunda

10 Avqust 2021 11:48 (UTC+04:00)

“Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi braziliyalı hücumçu Aleks Teyşeyranı transfer edib.

Ötən gün Türkiyəyə gələn 31 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayacaq. O, “qara qartallar”a azad agent statusunda qoşulduğu üçün 900 min avro imza pulu da alıb. Teyşeyranın isə illik maaşı 3 milyon olacaq.

Aleks Teyşeyra son olaraq Çinin “Jiangsu Suning” klubunda forma geyinib. O, bu komandanın heyətində son mövsümdə 20 oyuna çıxıb, 10 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Peşəkar karyerasına “Vasko da Qama”da başlamış futbolçu, 2010-2016-cı illər aralığında Ukraynanın “Şaxtyor” (Donetsk) komandasında forma geyinib. 2016-cı ildən isə o, Çində legioner həyatı yaşayırdı.

Ziya Hikmətoğlu