Məşhur sima ölüm təhlükəsi ilə üz-üzə FOTOLAR

10 Avqust 2021 11:37 (UTC+04:00)

Aylar əvvəl arıqlamaq əməliyyatı keçirən və sonra davamlı arıqlaması səbəbindən ölüm təhlükəsi ilə üzləşən müğənni və aktrisa Seren Serengil dünən yenidən əməliyyat olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, aktrisa arıqlamaq üçün bıçaq altına girib və bundan sonra ciddi problemlərlə qarşılaşıb.

Mədə kiçiltmə əməliyyatı keçirən Serengil əməliyyatdan sonra sürətlə arıqlamağa başlayıb. Arıqlamağı dayandırıla bilməyən Serengil 70 kilodan 46 kiloya düşmüşdü. Dampinq sindromu olan aktrisa indi yenidən kökəlməyə çalışır.

Ölüm təhlükəsi ilə üzləşən aktrisa əməliyyat olunub. Serengilin ciddi sağlamlıq problemləri ilə mübarizə etdiyini ifadə edən sevgilisi Mustafa Tohma, "Öd kisəsi əməliyyatı oldu, bədəni sağalandan sonra əməliyyat olunacaq. Dualarınıza ehtiyacı var" dedi.

Ayşən Vəli