"Mancester Siti"də daha bir ciddi itki

10 Avqust 2021 11:30 (UTC+04:00)

“Mançester Siti” klubu ciddi itki ilə üzləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “şəhərlilər”in yarımmüdafiəçisi Fil Foden sıradan çıxıb.

Foden zədə səbəbindən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, Premyer Liqanın ilk turunun “Tottenhem”lə matçını buraxacaq. Oyun avqustun 15-də keçiriləcək.

Ziya Hikmətoğlu