Sərnişin avtobusu aşıb, 30 nəfər yaralanıb

10 Avqust 2021 10:22 (UTC+04:00)

Türkiyənin Uşak bölgəsində Ankara-Uşak avtomobil yolunda sərnişin avtobusunun aşması nəticəsində 30 nəfər yaralanıb. Məlumatı Türkiyənin NTV telekanalı yayıb.

Hadisə avtobus sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib.

Hadisə yerinə təcili tibbi yardım heyəti, polis əməkdaşları və xilasedicilər cəlb olunublar.