Bu sahədə fəaliyyətini müvəqqəti dayandırdı

9 Avqust 2021 21:46 (UTC+04:00)

İran dövlət televiziyasında çıxış edən Meşhedi havanın temperaturunun həddindən yuxarı olması səbəbindən elektrik enerjisinin ötürülməsində yaranmış problemlərə görə, İraqa enerji ixracatına müvəqqəti fasilə verildiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Meşhedi Əfqanıstanla edilən razılaşmalar səbəbi ilə bu ölkəyə verilən elektrik enerjisini 100 meqavatdan 13 meqavata endirdiklərini ifadə edib.

İranlı səlahiyyətli, keçən il 2 min meqavat olan elektrik ixracatının yaşadığı problemlər səbəbi ilə bu il 150 meqavata düşdüyünü ifadə edib. İranda elektrik enerjisi istehsalı gündə təqribən 50 min meqavat olsa da, yay istilərinin artması səbəbindən istehlak 66 min meqavata çatır və ölkə daxilində elektrik kəsintiləri yaşanır. Dünyada ən çox kripto pul istehsal edən 7 ölkədən biri olan İran elektrik kəsilməsi səbəbindən bu sahədə fəaliyyətini müvəqqəti olaraq qadağan edib. Ölkənin 31 əyalətində, xüsusən paytaxt Tehranda gündə 5-6 saat davam edən elektrik kəsilməsinə reaksiya verən insanlar bəzi şəhərlərdə etiraz aksiyaları təşkil edib.