1 101 yeni yoluxma faktı qeydə alınıb

9 Avqust 2021 16:32 (UTC+04:00)

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 101 yeni yoluxma faktı qeydə alınıb, 311 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 352 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 336 nəfər müalicə olunaraq sağalıb, 5 072 nəfər vəfat edib. 12 518 nəfər aktiv xəstə sayını təşkil edir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 947, bu günə qədər isə ümumilikdə 4 123 715 test icra olunub