Naxçıvana yeni gənclər və idman naziri təyin edilib

9 Avqust 2021 16:27 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasına yeni gənclər və idman naziri təyin edilib.

SİA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu barədə fərman imzalayıb.

Fərmana əsasən, Ramil Qəşəm oğlu Hacı Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri təyin edilib.