Daha əvvəl xəbər verildiyi kimi, bu yaxınlarda Ermənistanın yeni təyin olunan müdafiə naziri Arşak Karapetyan hərbi idarənin kollegiyasında çıxış edərək "dərhal atəş açmaq və sərhədi silahla keçməyə çalışan hər kəsi məhv etmək" əmrini verdi.
Siyasi elmlər doktoru, Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri Tatyana Poloskova “Caliber” analitik mərkəzinə erməni generalın bu cür yersiz və təxribat xarakterli bəyanatına heyrətləndiyini bildirib.
“Ermənistanın yeni müdafiə naziri çox həvəslə işə başladı. Ancaq diplomatik incəliklərdə təhsil almadığı üçün bəzi açıqlamaları çox qeyri-müəyyən səslənir. Məsələn, mütəmadi olaraq Bakının "Ermənistan-Azərbaycan sərhədi"ndə bəzi təxribatçı hərəkətlər etdiyini bəyan edir. Ondan başlayaq ki, Ermənistanla Azərbaycan arasındakı sərhəd haqqında müqavilə imzalanmayıb. Rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasını hər cür təxribata çəkir. Eyni şəkildə rəsmi Bakının daim çağırış etdiyi dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı Moskva sazişlərinin yerinə yetirilməsi üçün heç bir tədbir görmür. Heç bir sərhəd yoxdursa, nədən danışırıq?
Avqustun 6-da Karapetyan Ermənistan sərhədini keçmək istəsələr, Azərbaycan hərbçilərinə atəş açmağı əmr etdi. Yenə də hansı sərhəddən danışırıq? Bildiyimizə görə, Azərbaycan hərbçiləri Ermənistan ərazisində deyil. Əslində, erməni tərəfi indi silahla oynamamalı, mümkün olan ən qısa zamanda sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Moskva sazişlərinin yerinə yetirilməsi üçün səy göstərməlidir ”,- Tatyana Poloskova bildirib.
Tərcümə - Elçin Bayramlı