"Maksimum təzyiq siyasətinin uğursuz olduğunu bilirlər"

9 Avqust 2021 13:53 (UTC+04:00)

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatibzadə paytaxt Tehranda keçirdiyi mətbuat konfransında gündəmdəki mövzularla bağlı açıqlamalar verib. ABŞ-ın nüvə sazişinə qayıdacağı və sanksiyaları ləğv edəcəyi təqdirdə İranın öhdəliklərinə dönəcəyini təkrarlayan Hatibzadə: "ABŞ Trump düşüncəsi ilə nəticə əldə edə bilməz. Həm mentalitet dəyişməlidir, həm də reallıq görülməlidir. Maksimum təzyiq siyasətinin uğursuz olduğunu bilirlər", deyib.

Avstriyanın paytaxtı Vyanada danışıqların bərpası ilə bağlı Hatibzadə deyib: "Biz heç vaxt bu danışıqları tərk etməmişik. Rəhbərlikdə dəyişiklik olduğu üçün danışıqlar qrupunda dəyişikliklər olacaq. Prezident sanksiyaların aradan qaldırılmasında heç bir tərəddüdünün olmadığını bildirib. Bu proses davam edəcək".

İran sözçüsü Əfqanıstanda baş verən hadisələrlə bağlı mətbuatda əks olunan və ya əks olunmayan bir çox görüş keçirdiklərini və tək həll yolunun çoxtərəfli bir hökumət qurulması olduğunu ifadə edib. Hatibzadə bu haqda deyib: "Sərhədlərimizdə yeniliklər var, İran sərhədinin sakit qalması lazımdır. Taliban Əfqanıstanın gələcəyinin bir hissəsidir. Danışıqları dəstəkləməyə hazır olduğumuzu bildiririk".