Türk müğənni Buray dünən gecə Harbiye Açıq Hava Teatrı "BtcTurk PRO" səhnəsində pərəstişkarları ilə görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünyanın çətin günlər yaşadığını deyən müğənni, bu barədə bir qədər danışıb.
Buray “Birlikdə ümidləri və ağacları yaşıllaşdıracağıq. Əlimizdən gələni edə biləcəyimiz ən vacib şey, uşaqlarımıza yaşıllıq, təbiət, insan və heyvan sevgisini öyrətməkdir. Bu şəkildə gələcəyimiz olan uşaqlarla gələcəyimizi xilas edə bilərik", deyib.
Ayşən Vəli