"Gamber Kuboku"nun final matçında "Barselona" "Yuventus" u qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, kataloniya komandası meydanı 3:0 hesablı qələbə ilə tərk edərək kubokun sahibi olub.
Son zamanlar Barselona forması ilə güclü təəssürat yaradan türk əsilli Yusuf Demir oynadığı oyunla azarkeşlərin rəğbətini qazanıb. "Barselona"nın ilk qolunda Memphis Depayə asist edən Yusuf Demir matçın ən yaxşı oyunçularından biri olub.