Son zamanlar vanna otağı vərdişləri ilə təəccübləndirən bəzi məşhurların açıqlamalarından sonra, məşhur aktyor Dwayne Johnson "pis qoxululardan biri ola bilməyəcəyini" və gündə üç dəfə çimdiyini söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, son zamanlar bəzi məşhurlar maraqlı vanna vərdişləri ilə ön plana çıxıb. Məşhur aktyor, "Qaya" ləqəbli Dwayne Johnson, vanna otağı vərdişlərindən də danışıb.
49 yaşlı ABŞ aktyoru, müntəzəm olaraq vanna qəbul etmədiyini söyləyən məşhurlardan sonra "Twitter"-də pərəstişkarlarının suallarını cavablandırarkən "pis qoxululardan biri ola bilməyəcəyini" söyləyib.
Johnson gündə üç dəfə yuyunduğunu və "Yuyunmayan məşhurların əksiyəm?", ifadəsini işlədib. Məşhur aktyor səhər yataqdan qalxanda soyuq duş aldığını, idmandan sonra isti duş qəbul etdiyini və işdən evə qayıdanda isti vanna qəbul etdiyini bildirib.
Üç uşaq atası olan aktyor, "Üzümü, bədənimi yuyuram, kisələnirəm və duşda mahnı oxuyuram" deyə yazıb.
Qeyd edək ki, Mila Kunis, Ashton Kutcher, Kristen Bell və Dax Shepard yaxınlarda hər gün nizamlı vanna qəbul etmədiklərini açıqlayan məşhurlar idi.
Ayşən Vəli