"Roma"dan daha bir transfer

9 Avqust 2021 11:19 (UTC+04:00)

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Brazilyanın “Palmeyras”klubundan 23 yaşlı Matias Vinyanı transfer edib. Oyunçu ilə "Roma" klubu 5 illik müqavilə imzalayıb. “Roma” bu transferə görə Braziliya klubuna 13 milyon avro ödəyib. Matias yeni komandasında “5” nömrəli formanı geyinəcək.

Ziya Hikmətoğlu