Lionel Messi "Barselona" ilə vida mərasimində ağlayıb

8 Avqust 2021 15:30 (UTC+04:00)

Argentinalı futbolçu Lionel Messi İspaniya "Barselona"sında ayrılması ilə bağlı təşkil olunan mətbuat konfransında ağlayıb.

SİA-nın məlumatına görə, 34 yaşlı hücumçu çıxış edərkən göz yaşlarını saxlaya bilməyib. Ona özünə gəlmək və çıxışını davam etdirmək üçün təqribən 30 saniyə vaxt lazım olub.

Qeyd edək ki, mətbuat konfransı "Kamp Nou" stadionunda keçirilib.