Azərbaycanın XİN başçısı Türkiyəyə başsağlığı verib

8 Avqust 2021 14:16 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 14 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlıTürkiyəyə başsağlığı verib.

SİA xəbər verir ki, XİN başçısı bu barədə özünün ftvitter hesabında yazıb.

“ Qardaş Türkiyənin Balıkesir şəhərində faciəvi avtobus qəzası xəbərini böyük kədərlə qarşıladıq. Qəza nəticəsində vəfat edən 14 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”, - deyə Ceyhun Bayramov qeyd edib.