Müdafiə Nazirliyinin rəhbərliyi azad edilmiş ərazilərdə hərbi hissələrdə olub FOTO/VİDEO

8 Avqust 2021 12:59 (UTC+04:00)

Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi hissədə olublar.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.