Qubada meşədə yanğın söndürülüb

8 Avqust 2021 12:13 (UTC+04:00)

Qubada meşədə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinn SİA-ya verilən məlumatda bildirilib ki,Quba rayonu, Ərməki kəndi yaxınlığında, meşə ərazisində (mürəkkəb relyefli dağlıq ərazi) 1 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.