"Yüz minlərlə azərbaycanlını didərgin etmiş, Azərbaycan milli mədəni dəyərlərin yox etmiş məscidlərini təhqir etmiş uşaqları, qadınlar qətlə yetirmiş, Xocalı soyqırımını həyata keçirmiş Ermənistanla dostluq əlaqəsi quran hansısa müsəlman ölkəsi belə siyasəti ilə bizdə ciddi suallar doğurur".
Bu sözləri SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.
Ermənistan müəlmanları sevmir hətta nifrət edir. A.Mollazadə bununla bağlı öz fikrini belə izah edib:"Biz əminik ki, Ermənistan müsəlmanlara nifrət üzərində siyasətini qurub".
Azərbaycan Ermənistan tərəfindən tökülən müsəlman qanlarının hesabını soruşacaq. Deputat bu istiqamətdə fikrini belə izah edib: "Azərbaycan da çalışmalıdır ki, hərbi cinayəykarları beynəlxalq tribunala cəlb etsin. Bu istiqamətdə irəliyə addımlar atılacaq. Ermənistan törətdiyi cinayətlərə görə cavab verəcək".