"Messi qalmaq üçün əlindən gələni etdi" - LAPORTA

6 Avqust 2021 16:56 (UTC+04:00)

"Barselona"da qalmaq üçün əlindən gələni etdi. O, hər şeyin ən yaxşısına layiqdir". SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu "Barselona" prezidenti Laporta deyib. "Barselona" ilə Messinin yollarının ayrılması dünya futbolunda bomba effekti yaradıb. Barsa prezidenti Laporta açıqlama verib. Laporta, Messinin "Barselona"da qalmaq üçün əlindən gələni etdiyini ifadə edərək bunları söyləyib: "O, hər şeyin ən yaxşısına layiqdir. Üzr istəyirəm, amma mövcud şərtlərə görə düzgün qərar verdik. İnanıram ki, Messidən sonrakı dövr çox yaxşı olacaq. "Müəyyən edilmiş əmək haqqı həddini aşa bilmərik. La Liqanın qaydaları digər liqalar qədər elastik deyil və klubun televiziya yayım gəlirlərini 50 il satmaq istəyirlər. Bunu qəbul edə bilmərik" dedi.

Ziya Hikmətoğlu