Daha iki bölgə nəzarət altına alındı

6 Avqust 2021 16:48 (UTC+04:00)

Kənd Təsərrüfatı və Meşə Naziri Bekir Pakdemirli Antalyanın Manavgat və Gündoğmuş rayonlarında baş verən meşə yanğınlarının nəzarət altında olduğunu rəsmi şəkildə elan edib.

Pakdemirli Twitter hesabında etdiyi açıqlamada bildirib: "Antalya Manavgat və Gündoğmuş yanğınları nəzarət altına aldıq. Soyutma işləri davam edir. Günlərdir böyük əzmlə yanğınlarla mübarizə aparan Orman Qəhrəmanlarını ürəkdən təbrik edirəm".