Məşhur sima yanğın yerinə 5 milyon TL bağışladı - FOTO

6 Avqust 2021 16:35 (UTC+04:00)

Türkiyənin müxtəlif bölgələrində baş verən meşə yanğınları hər kəsə dərindən təsir edib. Bir çox insan kömək üçün səfərbər olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, müğənni Haluk Levent də yanğının ilk günündən bəri əlindən gələni edib. AHBAP dərnəyinin qurucusu Levent, bu yaxınlarda aparıcı-rejissor Acun Ilıcalının yanğın bölgəsinə 5 milyon TL bağışladığını açıqlayıb.

Türkiyədə davam edən meşə yanğınlarının 10-cu günüdür. İyulun 28-dən bəri 197 meşə yanğını olsa da, onlardan 12-nin söndürülməsi üçün işlər davam edir. İşlərə 16 təyyarə, 56 helikopter və 850 su yük maşını cəlb edilib.

Yanğınların ilk günündən etibarən bölgəyə dəstək fəaliyyətləri həyata keçirən Haluk Levent, məşhur TV adamı Acun Ilıcalının AHBAP Dərnəyi vasitəsi ilə yanğın sahəsinə 5 milyon TL qatqı təmin etdiyini açıqlayıb. "Twitter" hesabında açıqlama verən Haluk Levent, bu sözləri söylədi: "Yanğının başlanmasından bəri məsləhətləşdiyimiz Acun Ilıcalı ilə yanğından sonra yenidən tikiləcək evlərin vəziyyəti ilə bağlı fikir birliyinə gəldik. Acun 100 ailəyə cəmi 5 milyon TL tam mal dəstəyi verəcək. Təşəkkürlər gözəl insan!"

Ayşən Vəli