"Trabzonspor"da son hücumçu namizədi

6 Avqust 2021 15:30 (UTC+04:00)

"Trabzonspor"da hücumçu axtarışları davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, klub "Bruge" forması geyinən Bas Dostla maraqlanır. Hücumçu transferində Artem Dovbyk, Alexander Sörloth və Villian Joze ilə əlaqələrini davam etdirən klub Bas Dostla da əlaqə qurub. "Trabzonspor" klubu 32 yaşlı hollandiyalı futbolçu ilə bağlı son qərarı baş məşqçi Abdullah Avcının rəyinə görə verəcək. Bas Dostun Belçika klubu ilə iki illik müqaviləsi var.