Erməni quldur dəstələri Qarabağda xaos yaşadırlar ANALİTİK

6 Avqust 2021 10:09 (UTC+04:00)

Azərbaycan ərazilərində erməni hərbi kriminalının əllərini-qollarını sallaya-sallaya gəzmələri, üstəlik, cinayətlərə yol vermələri bir daha üçtərəfi bəyanatın 4-cü bəndinin icradan kənar qalmasını sübuta yetirir

Fərarilik, “dedovşina” və s. kimi bənzər hallar sanki erməni hərbçilərinin boylarına biçilmiş dəyişilməz qanuna çevrilib. Belə ki, istər 44 günlük İkinci Qarabağ müharibəsindən qabaq, istərsə də sonra Ermənistanda, eləcə də Rusiya sülhməramlıların nəzarətləri altındakı Azərbaycan ərazilərində xaoslu vəziyyət davam edir. Qətllər, dava-dalaşlar, intiharlar, şəxsiyyətin alçaldılması, hətta homoseksualizm halları necə deyərlər, ənənəviliyə çevrilib. Əbəs deyil ki, artıq erməni valideynlər öz övladlarını həbri xidmətə yola salmamaq üçün əllərində olan bütün imkanlardan istifadə edirlər – ölkədən qaçırırlar, rüşvətlər yolu ilə hərbi xidmətdən yayındırırlar, müxtəlif xəstəlik kağızları vasitəsi ilə övladlarına ya “dəli”, ya da “əlil” dərəcələri yapışdırırlar.

Xüsusilə, Qarabağdakı rus SM-rın nəzarətləri altındakı bölgələrdə hələ də qalmaqda davam edən erməni quldur dəstələri mütəmadi olaraq cinayətlər törətməkdədirlər.

Xocavənddə nə baş verib?

SİA-ya daxil olan məlumata görə, caliber rusdilli informasiya analitik kanalına etibarlı mənbələrdən xəbər sızıb. Həmin xəbərə görə, 2021-ci ilin avqust ayının 5-də Xocavənd rayonunda yerləşən qanunsuz hərbi hissədə erməni quldurları arasında mübahisə yaşanıb və nəticədə onlar bir-birlərinə atəş açıblar. Ağır yaralıların olduğu barədə də məlumat var.

Quldur dəstələrinin zaman-zaman mülki şəxslərlə də münaqişələri baş verir. Onlar qida və s. üçün kəndlərə gedərək, kəndlilərdən ərzaq, siqaret və s. kimi məhsullar tələb edirlər, onları əldə edə bilmədikdə isə toqquşmalar yaşanır və bunun da nəticəsində tərəflər arasında yaralananlar, müxtəlif ağır dərəcəli bədən xəsarətləri qeydə alınır. Və ən maraqlısı da budur ki, erməni tərəfi yaralıları “Azərbaycan SQ-nin atəşkəsi pozması” adı altında qeydə alırlar.

Əks halda, Azərbaycanın həm erməni quldur dəstələri ilə bağlı ölçü götürməyə, həm də digər müvafiq addımları atmağa tam hüququ var və bu hüquq söz yox ki, əbədi olaraq qüvvədədir

Daha bir kriminal insidenti qeyd edək. Belə ki, iyulun 21-də qanunsuz erməni quldur dəstəsinin üzvlərindən biri olan Samvel Dadunts tabel silahı ilə başına güllə vuraraq intihar edib.

Bu arada, onu da xatırladaq ki, qanunsuz erməni quldur dəstələrinin Rusiya SM-rı ilə də münasibətləri hamar deyil. Vaxtaşırı olaraq onlar arasında münaqişələr baş verir. O cümlədən, erməni kəndliləri şikayət edirlər ki, Rusiya SM kontingentinin əsgərləri artıq bir neçə erməni qızlarını hamilə buraxıblar. Hətta yanvar ayında bənzər hadisə ilə bağlı sülhməramlıların komandanı Rüstəm Muradova şikayət məktubu da yazılmışdı.

Ancaq bütün bunlara rəğmən, Azərbaycan ərazilərində erməni hərbi kriminalının əllərini –qollarını sallaya-sallaya gəzmələri, üstəlik, cinayətlərə yol vermələri bir daha üçtərəfi bəyanatın 4-cü bəndinin icradan kənar qalmasını sübuta yetirir. Erməni quldurlarının RF SM-nın olduqları ərazilərdəki sözügedən özbaşınalıqlarına isə, məhz bu əsasda son qoyulmalıdır.

O cümlədən, Rusiya sülhməramlıları da Laçın dəhlizindəki nəzarət mexanizmlərini məsuliyyətlə icra etməli, ciddiyyətə almalı, Ermənistandan sıravi vətəndaş şəklində gələrək, Qarabağda əyinlərinə hərbi forma geyinən qanunsuz erməni dəstələrini oradan çıxarmalıdırlar. Əks halda, Azərbaycanın həm erməni quldur dəstələri ilə bağlı ölçü götürməyə, həm də digər müvafiq addımları atmağa tam hüququ var və bu hüquq söz yox ki, əbədi olaraq qüvvədədir.

Rövşən RƏSULOV