Hərbçilərin iştirakı ilə beynəlxalq - TƏLİMLƏR BAŞLADI

5 Avqust 2021 16:29 (UTC+04:00)

Qara dənizdə “Dive-2021” beynəlxalq hərbi təlimləri başlayıb. SİA xəbər verir ki, məlumatı Ukryana Hərbi Dəniz Qüvvələri yayıb.

Təlimlərdə Ukrayna ilə yanaşı ABŞ, Bolqarıstan, Rumıniya, Azərbaycan və Gürcüstan hərbçiləri iştirak edirlər.

Təlimlərin əsas məqsədi çoxmillətli dalğıcların taktiki hərəkətlərini sinxronlaşdırmaq və müxtəlif ölkələrdən olan dalğıcların tapşırıqları birgə yerinə yetirmək bacarıqlarını inkişaf etdirməkdir.