Ağsuda yanğının söndürülməsinə helikopter cəlb olunub

5 Avqust 2021 15:32 (UTC+04:00)

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən tədbirlər davam etdirilir.

FHN-dən SİA-ya verilən məlumata görə, yanğının söndürülməsini sürətləndirilmək məqsədilə nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.