Feminist araqatanların qrant-şouları necə ifşa olundu? - ŞOK SƏS YAZISI

5 Avqust 2021 15:16 (UTC+04:00)

Bir neçə gündür ki, ölkədə yenidən araqatanlıqla məşğul olmağa cəhd göstərən bir qrup qrant şoumenləri bəlli bir cinayət hadisəsindən sui-istifadə etməklə sabitliyi pozmağa yönəlik planlarını icra etməyə çalışıblar. Polis idarəsinə hücum çəkərək, qanunları pozan və ictimai asayişin pozulmasına yönələn hərəkətləri ilə diqqəti öz tərəflərinə çəkməyə səy göstərən dırnaqarası feministlər dəstəsi, əslində, yenidən sağlam düşüncəli insanların haqlı, sərt qınaqları ilə rastlaşıblar.

Lakin bu arada bir daha sübut olunub ki, guya qadınların hüquqlarının müdafiəsi ilə məşğul olduqlarını nümayiş etdirən və bu vasitə ilə milli dəyərlərimi ayaqlar altına atmağa çalışan bənzər qruplar əslində Qərbin onlara ayırdığı qrantlar müqabilində sabitliyi pozmağa çalışırlar. Buna isə aşkar dəlil və sübut var.

Azərbaycan polisini ictimai qınaq obyektinə çevirməyə cəhdlər göstərənlərin ifşası isə bir daha sübut edir ki, onlar üçün ümumiyyətlə heç bir dəyərlər, mənəviyyat faktorları mövcud olmayıb və yoxdur. SİA olaraq diqqətinizə təqdim etdiyimiz səsyazısından da buna əmin ola bilərsiniz. Hər zamankı kimi Nərmin, Gülnar, Günel triosu iradəsi zəif qadınları torlarına salır, pulla şirnikləşdirir, üzərindən siyasi oyunbazlıqlar qurur, ölkədən qaçmasına nail olur, bütün bunların əvəzində də qrant alırlar. Əmin ola bilərsiniz ki, onların sonuncu "Sevinc şousu" da qrant layihəsidir, pul predmetidir. Artıq hər şey tam çılpaqlığı ilə ortadadır.

Rövşən RƏSULOV