Rekord transferi bitdi

5 Avqust 2021 11:16 (UTC+04:00)

İngiltərə futbolunun ulduzlarından olan Cek Qraliş rekord qiymətə "Mançester Siti"yə transfer olunmaq üzrədir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu transferin 100 milyon funt (117 milyon Avro) qarşılığında reallaşması gözlənilir. 25 yaşlı oyunçu “Mançester Siti” üçün sağlamlıq müayinəsindən keçəcək.

Poqbanın rekordunu keçəcək

"Mançester Siti" bu transfer üçün 100 milyon funt sterlinq (117 milyon avro) transfer haqqı ödəyəcək. Beləliklə, “Mançester Yunayted”in Poqba üçün ödədiyi rekord 105 milyon avronun rekordunu qıraraq, yeni transfer rekordunun sahibi Qreliş olacaq.

Ziya Hikmətoğlu