Dünyada koronavirusa yoluxanların ümumi sayı 200 milyon nəfəri ötüb

5 Avqust 2021 01:33 (UTC+04:00)

Dünyada koronavirusa yoluxma hallarının sayı 200 milyonu keçib.

SİA xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin məlumatında bildirilib.

Bakı vaxtı ilə 04 avqust saat 23:50-yə olan məlumata görə, dünyada yoluxanların ümumi sayı 200.014.602 nəfər olub. Koronavirsdan ölüm sayı isə 4 252 873 nəfərə çatıb.

Məlumat üçün bildirək ki, dünyaya 4 milyard dozadan çox COVID-19 peyvəndi istifadə edilib.