Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib

4 Avqust 2021 23:18 (UTC+04:00)

Bu gün batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Şüvəlan", "Corat", "Mərdəkan" və "Astara" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.