İçki məclisi qanla bitdi - həmkəndlisini baltaladı

4 Avqust 2021 21:56 (UTC+04:00)

Daşkəsən rayon Astaf kəndində təşkil olunan içki məclisi qanla bitib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Eldəniz Həsən oğlu Abdullayev başından balta ilə xəsarət alıb. O, ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

İlkin məlumatlara görə, ona həmyerlisi içki məclisində düşən mübahisə zəminində xəsarət yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə cinayət yerindən qaçıb. Faktla bağlı araşdırmalara başlanılıb.

İlham Məmmədov