Yanğın bölgələrinə sərvət dəyərində yardım - FOTOLAR

4 Avqust 2021 20:45 (UTC+04:00)

Sənət ictimaiyyətinin açıqladığı ölüm və xəstəlik xəbərləri səbəbi ilə "qiyamət adamı" olaraq tanınan Onur Akay, bu dəfə Tarkanın yanğın bölgələrinə verdiyi yardım miqdarını açıqladı. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur adlar yanğınlardan zərər çəkmiş vətəndaşlara kömək etməkdən çəkinmir. İndi isə müğənni Tarkanın köməyi ortaya çıxıb.

Onur Akay, "MSG üzvü olaraq, Tarkan 2020-ci ildə qonorar payını almadı və bu yardımın MSG-dən gizli saxlanılmasını istədi. Musiqiçilərə təxminən 100 min TL yardım edildi" dedi.

Akay, “internet saytındakı köşəsində Tarkanın indi yanğın bölgələrinə gizli yardım göstərdiyini və 500 min TL ayırdığını öyrəndim. Bu gizli yardımçıları nümunə olaraq sadaladım. Tarkana halal olsun" dedi.

Ayşən Vəli