“Məqsəd regionda gərginliyi daimi saxlamaqdır” - AÇIQLAMA

4 Avqust 2021 17:24 (UTC+04:00)

"Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra yeni yaranan kabinetdən ermənilərin gözləntiləri çox böyükdür. İlkin dövrdə elə bir təəssürat yaranırdı ki, Azərbaycan Ermənistan sərhədlərinin delitimasiyası və demarkasiyası ilə bağlı proseslər sürətlənəcək”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında çoxtərəfli və geniş, o cümlədən uzunmüddətli sülh müqaviləsi imzalanacaq: “Eyni zamanda 10 yanvar tarixində imzalanmış üçtərəfli birgə bəyanata uyğun olaraq Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı proseslər sürətlənəcək. Biz seçkilərdən az müddət keçməsinə baxmayaraq hələ də Ermənistan və Azərbaycan sərhəddindəki gərginliyin qaldığını müşahidə edirik. Azərbaycanın mövqelər atəşə tutulur. Həm Kəlbəcər istiqamətində Ermənistan tərəfinin atdığı atəş, həm də Naxcıvana atılan atəş regionda daimi gərginliyin yaradılmasına hesablanıb. Növbədənkənar parlament seçkilərindən sonra bir sıra gedişlərin şahidi oluruq. Burada Rusiya qüvvələrinin potensiyalından istifadə etmək üçün təşəbbüslər keçirilir, həm kollektiv təhlükəsizlik müqaviləsi müşahidəçilərinin regiona cəlb olunması istiqamətində proseslər həyata keçirilir. Eyni zamanda Fransanın müstəqil faktor kimi Ermənistan və Azərbaycan sərhədinə cəlb olunması istiqamətində Fransa Ermənistanın arasında keçirilmiş gizli və açıq danışıqlar müşahidə olunur. Bununla yanaşı ATƏT-in Minsk qrupunun da həmsədrlik insitutunun dirçəldilməsi ilə bağlı Ermənistan müəyyən işlər həyata keçirməyə çalışır. Ermənistanın müxtəlif seçimlər arasında gedişlərini özündə əks etdirir. Əsas məsələ təbii ki, Azərbaycanla daimi gərginliyi saxlanması xarakteri daşıyır. Digər tərəfdən Nikol Paşinyan seçki qabağı prosedurlarda müxtəlif vədlər vermişdi. Bununla yanaşı parlamentlilik insitutundan prezidentlik insitutuna keçid ilə bağlıdır. Bir sıra məsələləri xalqa vəd etmişdir ki, bundan sonrakı dövrdə Nikol Paşinyana qarşı müxalifətin çox ciddi hərəkətlənməsi müşahidə olunacaq. Bunu prezidentlik insitutuna keçid etmək üçün müxtəlif təşəbbüslər həyata keçirəcək. Bunun üçün ilk növbədə referendum keçirilməlidir. Daxili ictimai-siyasi ab-hava buna imkan vermir. Lakin Paşinyan çox istərdi ki, prezidentlik insitutuna keçərək ölkənin rəhbərliyinə gəlsin. Bununla yanaşı Qarabağ məsələsinin aktuallaşması Ermənistan tərəfindən müşahidə olunur. Bu istiqamətdə Ermənistan öz mövqelərini ortaya qoyur. Lakin, bütün baş verən proseslərə baxmayaraq, həm 10 noyabr taxində, həm də 11 yanvar taxində imzalanan üçtərəfli bəyanatın maddələrinin icrası məcburi xarakter daşımaqla yanaşı mütləq həyata keçirilməlidir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı proseslər sürətlənməlidir. Eyni zamanda Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında keçirilmiş görüşdədə müəyyən siqnallar verildi. Rusiya tərəfi Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında maraqlı dövlət kimi çıxış edir. Ermənistan və Rusiya ilə münasibətlər hər kəsə bəllidir. Regionda sitabilliyin qorunmasında Ermənistan və Rusiya arasında gərgin iş keçirilməlidir. Bu işin tərkib hissəsi regionda kommunikasiyanın açılması və iqtisadi vizyonun formalaşdırılmasından keçir”.