Əfsanəvi oyunçu "Fənərbaxça"ya transfer olub

4 Avqust 2021 15:53 (UTC+04:00)

"Qalatasaray" əlilarabası basketbol komandasının əfsanəvi oyunçusu İsmayıl Ar "Fənərbaxça"ya transfer olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 36 yaşlı idmançı 14 mövsümdür sarı-qırmızılı komandanın formasını geyinib.

Bu yaxınlarda vida edib

İsmayıl Ar bu yaxınlarda sosial media hesabında etdiyi paylaşımda "10 Türkiyə Super Liqası, 5 Çempionlar Liqası, 4 Qitələrarası Dünya Çempionatı, 8 illik kapitanlıq, 14 mövsüm ailəm olan "Qalatasaray"la vidalaşıram. İnanıram ki, yaxşı şeylər buraxdım və öyrəndim" sözləri yazıb.

Ziya Hikmətoğlu