Məşhur aktyor alovların arasına girdi - FOTOLAR

4 Avqust 2021 15:41 (UTC+04:00)

"Doğduğun Ev Kaderindir" serialı ilə izləyicilərin qarşısına çıxan məşhur aktyor İbrahim Çelikkol, Bodrum Milasdakı yanğınsöndürmə işlərinə qatılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çelikkolun ürəklə mübarizə etdiyi anlar sosial mediada böyük təsir bağışlayıb.

Türkiyənin bir çox yerində yanğınlarla mübarizə davam edir. Məşhur aktyor yanğına qarşı biganə qalmayıb və yanğın söndürmə işlərinə qarışıb.

Çelikol, Muğla Milasındakı yanğın söndürmə işlərinə qatıldı və yanğının istilik elektrik stansiyasına yaxınlaşmasının qarşısını almaq üçün çox mübarizə aparıb. Bu anlar sosial medianın gündəminə çevrilib.

Ayşən Vəli