"Vətəndaşlarımızın rahat və geniş yol imkanları olacaq” - İQTİSADÇI AÇIQLADI

4 Avqust 2021 14:29 (UTC+04:00)

“Ümumiyyətlə, qiymətləndirmə onu göstərir ki, nəqiliyyat və logistika infrastukturunun inkişaf etdirilməsi iqtisadiyyata pozitiv təsir göstərir. Təbii ki, yalnız işğaldan azad olunmuş ərazilərimizdə deyil, eyni zamanda respublikamızın digər bölgələrində də nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı işlər davam edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu baxımdan bütövlükdə nəqliyyat sisteminin genişləndirilməsi ilə bağlı işlərin davam etdirilməsi həm nəqliyyat infrastrukturunun inkişafı baxımından, həm nəzərə alsaq ki, Ağstafa-Qazax istiqamətində yolların genişlənməsi, həm də Azərbaycanın xarici imkanları baxımından vacibdir: “Çünki, bu ərazilərin Gürcüstana çıxışı var. Təbii ki, burada vətəndaşlarımızın rahat və geniş yol imkanları olacaq”.

Vüqar Bayramov sözlərinə belə davam edib: “Bu yollar həmçinin iş adamlarının öz istehsal etdiyi məhsulları ixrac etməsi baxımından da vacibdir. Təbii ki, bu da iqtisadi dəyər yaradır. Bu baxımdan nəqliyyat infrastuktunun genişləndirilməsi birmənalı şəkildə Azərbaycanın qeyri-neft ixracatına, o cümlədən, istehsal edilən məhsulların daxili və xarici bazara çıxarılmasına pozitiv təsir göstərir. Bu konteksdən iqtisadi təsirlər var”.

“Azərbaycan iqtisadiyyatındakı inkişaf tempinə diqqət yetirsək, xüsusilə nəqliyyat infartrukturunun inkişafı regionlarda inkişafına təkan verən səbəblərdən biridir. Təbii ki, nəqliyyat infrastukturunun inkişafı xüsusilə Azərbaycanın maliyyə inkişafının yüksəlməsi deməkdir”.

Ayşən Vəli