"Ayak"sın futbolçusu həyat mübarizəsini uduzdu

4 Avqust 2021 10:58 (UTC+04:00)

"Ayaks"ın keçmiş futbolçusu Hoefdraad həyat mübarizəsini uduzub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Hollandiya komandalarından "Ayaks" ın keçmiş futbolçusu Jerge Hoefdraad, əvvəlki gün qatıldığı partidə baş verən davanı dağıtmaq istəyərkən başından güllə yarası alıb və ağır yaralanıb. Bu gün 35 yaşlı futbolçudan acı xəbər gəlib. Hollandiyanın "Ayaks" klubunun sabiq futbolçusu Jerge Hoefdraad müalicə aldığı xəstəxanada həyatını itirib.

Ziya Hikmətoğlu