Məhkəmə Eldəniz Səlimovun həbsini rəsmiləşdirdi

3 Avqust 2021 19:11 (UTC+04:00)

Polisi döydüyü üçün bu gün toxunulmazlığına xitam verilərək saxlanılan deputat Eldəniz Səlimovun məhkəməsi başa çatıb. SİA xəbər verir ki, Binəqədi rayon məhkəməsində keçirilən iclasda Səlimov barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.