Alassane Ndao Ərəbistan klubunda - TRANSFER

3 Avqust 2021 16:24 (UTC+04:00)

Alassane Ndao "Al Ahli"yə transfer olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının "Əl Əhli" komandası seneqallı cinah oyunçusu Alassane Ndao ilə müqavilə imzaladığını açıqlayıb.

Klubun sosial media hesabındakı yazıda "Fatih Karagümrük" komandasında oynayan 24 yaşlı futbolçunun transfer edildiyi bildirilib. Ötən mövsüm "Fatih Karagümrük"də 38 oyun keçirən Ndao 11 qol vurub.

Ziya Hikmətoğlu