"İdmanda hər an hər şey ola bilər" - Rasul Çunayevdən -EKSKLÜZİV AÇIQLAMA- TOKIO-2020

3 Avqust 2021 14:15 (UTC+04:00)

"Oyunlar hələ davam edir, buna görə də, məncə, tez fikir bildirmək düzgün deyil". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin üzvü, milli güləşçi Rasul Çunayev deyib.

Onun sözlərinə görə, qarşıda yarışacaq və medal əldə edəcəyinə inandığım idmançılarımız var: "Proqnoz verməyi sevmirəm, idmanda hər an hər şey ola bilər, amma yaxın günlərdə gözəl nəticələr eşitməyə ümid edirəm. Ümumiyyətlə isə düşünürəm ki, bu məğlubiyyətlərin səbəbi pandemiyanın yaratdığı vəziyyətdir. Belə bir vəziyyətdə sağlamlığımızı qorumaq hər şeydən vacib olmaqla yanaşı, müxtəlif məşq zallarından istifadə etmək çətin hal almışdı. Bu da hal-hazırda oyunlara öz təsirini göstərir. Buna görə ruhdan düşməməliyik, çünki biz ən böyük qələbəmizi Qarabağımızı işğaldan azad etməklə qazanmışıq".

Son olaraq demək istəyirəm ki, ümidimizi itirməyək, bu məğlubiyyətlər növbəti oyunlar üçün əldə etdiyimiz dərslərdir. Növbəti Olimpiya oyunlarında bizim idmançılarımızın bu dərslərlə daha uğurlu nəticələr edəcəyinə inanıram.

Ziya Hikmətoğlu