"Heç biri həqiqətə uyğun deyil" DEPUTATDAN AÇIQLAMA

3 Avqust 2021 11:39 (UTC+04:00)

“Bu, bir növ Vladimir Jirinovskinin təfəkkürünün məhsuluna bənzəyir. Kimlərisə növbəti yalanlarla aldatmaq məqsədi güdür. Bunların heç biri həqiqətə uyğun deyil”. Bu sözləri SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.

Onun sözlərinə görə, hal-hazırda qarşımızda duran ən əsas səbəb Qarabağa qayıdış, Zəngəzur dəhlizinin açılması, islahatların davamı və yerli idarəetmə islahatları həyata keçirməkdir: “Bundan əlavə, korrupsiya ilə mübarizədə islahatlar da önəmlidir. Böyük hədəflər qururlar. Belə bir yanlış fikirlər, çox güman ki, məmur təbəqəsi və onlara xidmət edənlərə aiddir".

Ayşən Vəli