Rusiyada biri uşaq olmaqla üç nəfər qasırğanın qurbanı olub

3 Avqust 2021 03:31 (UTC+04:00)

Rusiyada biri uşaq olmaqla üç nəfər qasırğanın qurbanı olub.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində daha 8 nəfər yaralanıb.

"Tver bölgəsində baş verən qasırğa nəticəsində aralarında biri uşaq olmaqla üç nəfər həlak olub. Daha 8 nəfər yaralanıb", - məlumatda deyilir. Qasırğa nəticəsində ən azı 90 ağacın düşdüyü qeyd olunur.