Eldəniz Səlimov artıq YAP-ın üzvü deyil

2 Avqust 2021 17:52 (UTC+04:00)

Polisi döyən deputat Eldəniz Səlimov Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib. SİA-nın məlumatına görə, bununla bağlı YAP Xaçmaz rayon təşkilatının İdarə Heyəti qərar imzalayıb.

Qərara əsasən, partiyanın nüfuzuna xələl gətirən hərəkətləri ilə əlaqədar Eldəniz Səlimov YAP üzvülüyündən xaric edilib.