YAP Gədəbəy rayon təşkilatının nümayəndələri şəhidin məzarını ​ziyarət ediblər - FOTOLAR

2 Avqust 2021 17:30 (UTC+04:00)

02.08.2021-ci il tarixində YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy RİH başçısının birinci müavini Natiq Nağıyev, YAP Gədəbəyə rayon təşkilatının gənclər birliyinin üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin rəisi polkovnik leytenant Eldəniz Süleymanlı ,​ deputat Arzu Nağıyevin köməkçisi Elşad İsmayılov, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük Vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən Şəhidimiz-​ rayonun ​ Novoivanovka kənd sakini 22 yaşlı Hacıyev Şəhriyar Şahlar oğlunun doğum günü münasibətilə məzarı ​ ziyarət olunub. Ziyarətçilər şəhidin məzarına ​ tər güllər düzüblər. Daha sonra şəhidin ailəsi ​ ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənilib.

Qeyd edək ki, Hacıyev Şəhriyar Şahlar oğlu Suqovuşanın azadlığı uğurunda gedən döyüşlərdə şəhid olub, subaydır.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Rövşən