"Bu ölkələr yer üzündən silinəcək" - Vanqanın proqnozları

2 Avqust 2021 17:09 (UTC+04:00)

Dünya mediası, araşdırmaçı jurnalistlər artıq gerçəkləşməyə başlayan əfsanəvi bolqar görücü Vanqanın proqnozlarını yayırlar.

SİA piterburger.ru saytına istinadən xəbər verir ki, bolqar görücü Suriyadakı hərbi qarşıdurmanı əvvəlcədən görüb. Nəşrin yazdığına görə, bu fakt qorxunc görünür, çünki Vanqa da bundan sonra Üçüncü Dünya Müharibəsinin başlayacağını və Avropanın yer üzündən tamamilə silinəcəyini söyləyib. Amerika Birləşmiş Ştatları da mövcudluğuna son qoyacaq.

Bundan əlavə, Çinin dünyanın supergücü statusunu alacaq. Bu ölkə yer üzündə uça bilən nəqliyyat icad edcək. Onun sözlərinə görə, Rusiyanın iqtisadi problemləri olacaq, amma sonda Rusiya Federasiyasından olan hökmdar dünyanı xilas edəcək.

Bundan əlavə, Vanqa neftin əhəmiyyətini itirəcəyini və nəticədə hasilatının dayanacağını proqnozlaşdırıb. Bunun səbəbi yəqin ki, yeni yanacaq növünün kəşfindən sonra ölkələr arasındakı münasibətlərdə təcavüzün aradan qalxması olacaq.