Gəzintiyə çıxan qadın silahla öldürülüb

2 Avqust 2021 16:37 (UTC+04:00)

Türkiyədə dəhşətli qətl hadisəsi baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 3 dostu ilə Tokatda gəzintiyə çıxan bir qadın silahın təsadüfən atəş etməsi nəticəsində güllələnərək öldürülüb. Hadisə yerində olan 3 nəfər saxlanılıb.

Dəhşətli hadisə saat 18:00 radələrində mərkəzə bağlı Kemalpaşa bölgəsində baş verib. Qrup gəzintiyə getdikləri yerdə əylənərkən yanlarında olan və mülkiyyəti hələ təyin olunmayan silah təsadüfən atəş açıb. Silahdan açılan güllə Elif Saltığa dəyib. Güllənin sinə nahiyəsinə dəyməsi nəticəsində Saltik ağır yaralanıb. Yaralı qadın, dostları tərəfindən avtomobil ilə xəstəxanaya gətirilib. Burada edilən bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb və həyatını itirib. Qadının cəsədi yarılma üçün morqa aparılıb. Jandarma qrupları üç şübhəli şəxsi nəzarətə götürüb.

Əlavə olaraq, xəstəxananın qarşısındakı zəminə qoyularkən, qadının bədənindən çıxan güllə, jandarma qrupları tərəfindən müayinə olunmaq üçün sübut çantasına aparılıb. Hadisə ilə əlaqədar jandarma tərəfindən araşdırma başladılıb.

Lamiyyə Yaqubova