Ukrayna Rusiyadan kömək istəyə bilər

2 Avqust 2021 10:46 (UTC+04:00)

Ali Radanın Enerji və Mənzil və Kommunal Təsərrüfat Komitəsinin üzvü Mixail Volınets Ukraynanın gələcəkdə enerji sahəsindəki problemlərə görə kömək üçün Rusiyaya müraciət edə biləcəyini deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, millət vəkili, üç milyon ton həcmində tələbatla təqribən 800 min ton olan kömür ehtiyatlarının çatışmazlığını qeyd edib. Volınets hesab edir ki, bu sahədəki vəziyyət Rusiya Federasiyasından elektrik enerjisi idxalına qoyulan qadağanın ləğv edilməsi ilə əlaqədar olaraq qurulub. Volınets Rusiyada enerji resurslarından asılılığın yaranmasını istisna etmir, çünki ölkədə enerji sektorunda böhran yarana bilər.