DİN Bodrumdakı yanğına baxış keçirib

2 Avqust 2021 10:13 (UTC+04:00)

Türkiyədə yanğınlarla mübarizə davam edir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, daxili işlər naziri Süleyman Soylu araşdırmalarını Muğlanın yanğın bölgələrində davam etdirib. Türkiyədə meşə yanğınlarının söndürülməsi üçün işlər davam edir. Yanğından təsirlənən ərazilər "Ümumi həyata təsir edən fəlakət bölgəsi" elan olunub. Daxili işlər naziri Süleyman Soylu Muğlanın Marmaris, Milas və Bodrum bölgələrindəki meşə yanğınları sahəsində hava və quru araşdırması edib.
Meşə yanğınından zərər çəkmiş bölgələrdə işini davam etdirən Soylu, əvvəlcə Marmarisdə Koordinasiya və Qiymətləndirmə görüşünə başçılıq edib. Nazir daha sonra Marmaris yanğınsöndürmə mərkəzindəki qruplardan məlumat alıb. Qeyd edək ki, daxili işlər naziri Süleyman Soylu və Kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdəmirli ilə birlikdə vertolyotla Marmarisdəki yanğın sahəsinə baxış keçirdilər.

Süleyman Soylu daha sonra vertolyotla Bodrum Hava Limanına gedib və Bodrumdakı yanğından təsirlənmiş kəndləri quru yolu ilə ziyarət edib.

Xatırladaq ki, daxili işlər nazirinin müavini Mehmet Ersoy və AFAD sədrinin müavini Önder Bozkurt nazir Soylunu müşayiət edirdi.