Biləsuvarda iki yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb

2 Avqust 2021 03:02 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Biləsuvar rayonunda “BMC” və “KamAZ” markalı iki yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Nazirlikdən SİA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.