Binəqədi rayonunda 44 yaşlı şəxs tanışı tərəfindən bıçaqlanıb

2 Avqust 2021 02:23 (UTC+04:00)

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü Novruzov Novruz Rafiq oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Ona ümumilikdə üç bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.