Koronavirusa 671 yeni yoluxma faktı qeydə alınıb - AZƏRBAYCANDA

1 Avqust 2021 17:21 (UTC+04:00)

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 671 yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan dörd nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 344 min 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 min 128 nəfər müalicə olunaraq sağalıb, 5 min 27 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 min 365 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 400, bu günə qədər isə ümumilikdə 4 milyon 43 min 740 test icra olunub.